Müqavilə ilə ona məxsus olan legioneri Azərbaycan klubuna satmağa “HƏ” dedilər

14:00 Sabah 329
Müqavilə ilə ona məxsus olan legioneri Azərbaycan klubuna satmağa “HƏ” dedilər

“Sabah” Umarali Rahmonaliyevi birdəfəlik transfer etməyə çox yaxındır.

“Rubin“ müqavilə ilə ona məxsus olan yarımmüdafiəçini “bayquşlar“a satmağa razılaşıb.

Azərbaycan kubokunun son sahibi bunun üçün Kazan təmsilçisinin müəyyənləşdirdiyi məbləği ödəməlidir.

Söhbətin getdiyi təzminatın məbləği isə 200 min dollar civarındadır.

”Sabah” özbək loegioneri 2025-cı ilin əvvəlində icarəyə götürüb. Onunla bağlanmış kirayə müqaviləsinin müddəti 1 ildir.

Özbəkistan yığmasının üzvü ötən müddətdə özünü yaxşı tərəfdən göstərib. Öncə Vasili Berezutski, indi də Valdas Dambrauskas ona etimad göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti