“Transfermarkt” portalı qazaxıstanlı futbolçuların qiymətlərini yeniləyib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatında çıxış edən Stas Pokatilovun dəyəri də müəyyənləşib.
“Sabah”ın formasını geyinən Qazaxıstan millisinin qapıçısının transfer qiyməti əvvəlki səviyyədə – 600 min avro olaraq qalıb.
Halbuki 33 yaşlı qolkiper 2019-cu ildə “Kayrat”da olarkən 1,7 milyon avroluq qiyməti ilə Orta Asiyada ən bahalı qapıçı olmuşdu.
Stas Pokatilov cari mövsüm “Sabah”ın heyətində keçirdiyi 16 oyunda 9 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.

