Premyer Liqamızın bombardiri özünü jurnalist kimi sınadı - VİDEO

20:00 Sabah 167
Premyer Liqamızın bombardiri özünü jurnalist kimi sınadı - VİDEO

Premyer Liqada rəqib tanımayan “Sabah” Sumqayit səfərindən də qələbə ilə qayıtmağı bacardı.

Gərgin və bol qollu keçən qarşılaşmada sevinən tərəf qonaqlar oldu – 3:1.

Oyun başa çatandan sonra “Sabah”ın futbolçusu qarşılaşmanın qəhrəmanından müsahibə alıb.

9 qolla “tələbələr”in və çempionatımızın ən sərrast futbolçusu, lakin bu görüşdə meydana çıxmayan Coy-Lens Mikels hakimin final fitindən sonra jurnalist qismində Velko Simiçə yaxınlaşıb.

O, ingilis dilində və rahat şəkildə ünvanladığı suallarla serbiyalı komanda yoldaşına oyunla bağlı suallar ünvanlayaraq cavab alıb.

“Sabah”ın SMM qrupunun üzlərə gülüş qonduran ideyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

Buyurun, siz də baxın.

Digər Xəbərlər
Xəbər Lenti