“Sabah”ın qış təlim-məşq toplanışı ilə bağlı qərar qəbul olunub.
“Qarabağ”ı məğlub edərək turnir cədvəlinin ilk pilləsinə yüksələn Masazır təmsilçisi hazırlığı Bakıda keçəcək.
İmkanlı və iddialı klublar fasilə dönəmində ölkə xaricinə üz tutub, güclü rəqiblərlə yoxlama görüşləri keçirməkdə maraqlı olsa da, baş məşqçi Valdas Dambrauskas paytaxtda qalmağı məsləhət görüb.
Buna səbəb kollektivdəki legioner məşqçi və futbolçuların Türkiyəyə səfəri üçün viza alınmasıdır ki, bu, müəyyən qədər vaxt aparan prosesdir.
Rəsmilər götür-qoy edəndən sonra Masazırda qalmağı üstün tutub.
Hazırlığın gedişində ab-havanı dəyişmək və yoldaşlıq görüşü keçirmək üçün bir neçə günlük Qəbələ, Yevlax və ya Şamaxıya səfər etmək istisna olunmur.
Toplanış dövründə sınaq görüşləri də əsasən elita təmsilçilərinə qarşı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

