“Sabah”da kim varsa, onun yolunu azı 3 ay gözləməli olacaq

19:00 Sabah 237
“Sabah”da kim varsa, onun yolunu azı 3 ay gözləməli olacaq

Uğurlu dönəm keçirən “Sabah”da zədə epidemiyası davam edir.

Mövsümün startından bu yana aparıcı futbolçulardan bir neçəsi vacib oyunlarda meydana çıxa bilməyib.

Komandanın “vuran ayağı” Pavol Şafrankonun yoxluğu ciddib itki sayıla bilər.

Noyabrın 13-də diz oynağındakı menisk yırtığına görə İspaniyada əməliyyat masasına uzanan slovakiyalı hücumçu müalicə dövrünü vətənində keçir.

Pavol yaşıl meydanlara dönüşü mart-aprel aylarından tez baş verməyəcək.

Ağır zədə ilə üzləşən 31 yaşlı forvard fərdi məşqlərə ən yaxşı halda 3 aydan sonra başlayacaq.

Baş məşqçi Valdas Dambrauskas hələ ki, onun yoxluğunu Coy-Lens Mikelslə doldurmağa çalışır. Almaniyalı futbolçu Şafrankonun yoxluğunda özünü ən yaxşı tərəfdən göstərərək Premyer Liqada şans qazandığı 14 oyunda 9 qol və 3 assistlə yadda qalıb.

Şafrankoya gəlincə, o, 2024-cü ilin yayından ölkəmizdə legioner həyatı yaşayan təcrübəli hücumçu “Sabah”ın formasında 55 qarşılaşmada 18 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti