“Keyfiyyət də kəmiyyətə bağlıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Velko Simiç deyib.
“Sivasspor”dan icarəyə götürülən və aradan keçən 4 aya yaxın müddətdə 5 qol vuran serbiyalı yarımmüdafiəçi Azərbaycanın futbol həyatını qiymətləndirib:
“Komanda sayı çoxaldıqca, yeni futbolçular gəldikcə səviyyə də yüksəlir. Futbolçulardan əvvəlki vəziyyəti maraqlanıram, deyirlər, 1 il əvvəl indiki kimi deyildi.
Başa çatan mövsümdə çempionatın səviyyəsi yüksəlib. Gələn il bundan da yaxşı olacaq.
Hər klubun şəxsi sponsoru və stadionu var. Gələcək adına perspektiv hiss olunur”.

