Bombardirdən iddialı açıqlama: "Nəyin uğrunda oynadığımızı bilirik"

11:40 Sabah 92
Bombardirdən iddialı açıqlama: "Nəyin uğrunda oynadığımızı bilirik"

“Qarabağ”ı məğlub edən “Sabah” artıq vahid liderdir.

Masazır klubu qış fasiləsinə də lider kimi yollana bilər. Bunun üçün qarşıdakı görüşdə məğlub olmamaq lazımdır.

Amma rəqib heç də sıradan bir komanda olmayan “Sumqayıt”dır.

Mövsümün sürpriz komandası olan “kimyaçılar” 27 xalla hazırda 4-cü pillədə yer alır.

Lakin buna baxmayaraq “Sabah”ın və liqanın bombardiri Coy-Lens Mikels Sportinfo.az-a açıqlamasında tək hədəflərinin fasiləyə lider kimi yollanmaq olduğunu bildirib:

“Sumqayıt” çətin rəqibdir, ona görə də asan oyun olmayacaq.

Amma nəyin uğrunda oynadığımızı bilirik. Öz səviyyəmizdə çıxış etsək, qalib gələ bilərik.

Əlbəttə, komandanın hər bir üzvü ilin son oyununda da qalib gələrək, ili müsbət əhval-ruhiyyədə başa vurmaq istəyir.

Bunun üçün çalışacağıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!