Ruslarla danışıqlara start verildi - Ondan razıyıq, birdəfəlik almaq istəyirik

15:00 Sabah 208
Ruslarla danışıqlara start verildi - Ondan razıyıq, birdəfəlik almaq istəyirik

“Sabah” Umarali Rahmonaliyevi buraxmaq niyyətində deyil.

Azərbaycan kubokunun son sahibi ona görə “Rubin”in qapısını döyüb.

Masazır klubu özbəkistanlı legionerin transfer hüququna yiyələnməyə hazırdır.

Kazan təmsilçisi ilə təzminat şərtlərində anlaşma əldə etmək mümkün olarsa, orta asiyalı yeni ildən sonra da burada qalacaq.

”Baynuşlar” adıçəkilən yarımmüdafiəçini 2025-cı ilin əvvəlində icarəyə götürüb. Onunla bağlanmış kirayə müqaviləsinin müddəti 1 ildir.

Özbəkistan yığmasının üzvü ötən müddətdə özünü yaxşı tərəfdən göstərib. Öncə Vasili Berezutski, indi də Valdas Dambrauskas ona etimad göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti