“Qarabağ”ı məğlub edərək liderliyə yüksəldiyimiz üçün çox xoşbəxtəm.
Komandamın qələbəsində rolum olduğu üçün də xüsusilə sevincliyəm.
Rəqibimiz “Qarabağ”ın nəyə qadir olduğunu bilirdik və buna uyğun hazırlaşmışdıq.
Çətin oyun oldu, sonda istədiyimiz vacib qələbəni qazanaraq liderliyə yüksələ bildik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın fransalı legioneri Aaron Maluda deyib.
20 yaşlı hücumçu Masazır təmsilçisinin qələbə qolunu vurduğu üçün xoş hisslər keçirdiyini bildirib. Maluda azarkeşlərin dəstəyinin vacibliyini də vurğulayıb:
“Azarkeşlərə təşəkkür edirəm. Hər zamankı kimi yanımızda oldular.
Onlara ehtiyacımız var idi. Ümid edirəm ki, növbəti oyunlarda da gəlib bizi bu cür dəstəkləyəcəklər. Biz bunu birlikdə bacardıq”.

