Azərbaycanın iki klubu arasında sövdələşmə baş tutmadı

10:40 Sabah 373
Azərbaycanın iki klubu arasında sövdələşmə baş tutmadı

«Sabah» rəhbərliyi «Qəbələ»dən olan həmkarlarının istəyini geri çevirib.

Əyalət klubu Nicat Mehbalıyevi yenidən rayona gətirmək niyyətində idi.

Birillik aradan sonra Premyer Liqaya dönmüş «qırmızı-qaralar» bu məqsədlə «Sabah»ın qapısını döyüb. Üç il əvvəl olduğu kimi, yenə adıçəkilən qapıçını icarəyə götürmək fikrindəydilərr.

Lakin «bayquşlar» onların arzusunu yerinə yetirməyib. Mehbalıyevi düşərgədə saxlayacaqları barədə qarşı tərəfi məlumatlandırıblar.

«Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze yönətimdən qapıçı alınmasına büdcə ayrılmasını tələb edib.

Gürcüstanlı çalışdırıcı qış fasiləsindək bu mövqeni gücləndirmək lazım gəldiyini söyləyib. 2024-cü ilin martından «qırmızı-qaralar»ın sükanı arxasında olan mütəxəssis

Səlahət Ağayevdən narazılığını dilə gətirib. Sxadadze Ağayevin Premyer Liqanın geridə qalan 9 turunda heç də etibarlı təsir bağışlamadığını bildirib.

«Qəbələ» mövsmümün bura qədər olan bölümündə qapısında 13 qol görüb. Aktivinə vur-tur 5 xal yazdıra bilmiş region təmsilçisi «Karvan»la birlikdə turnir cədvəlində 10-11-ci pillələri bölüşdürür.

Nicat Mehbalıyev «Sabah»da qapı üzünə həsrətdir. Stas Pokatilov bu ilin əvvəlindən - Azərbaycana gələndən bəri «1 nömrə»li formanı ələ keçirib, o isə ehtiyat skamyada «növbə» çəkməkdədir.

SPORTİNFO.AZ

photo

Digər Xəbərlər
Xəbər Lenti