Finalda “Yunayted”i udan "Sabah" Türkiyədə çempion oldu

27 Oktyabr 02:10 Sabah 692
Finalda “Yunayted”i udan "Sabah" Türkiyədə çempion oldu

Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinə yekun vurulub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirdə uğurla çıxış edib.

Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.

Yarımfinal

Sabah (Azərbaycan) - Margiris (Litva) 1:0
Qol:
Cavidan Ağayev.

Final

Sabah (Azərbaycan) - Yunayted Yekaterinburq (Rusiya) 3:0
Qollar:
Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!