“Qarabağ”dan ayrılan futbolçuya nə vaxt qayıdacaq?

23 Oktyabr 21:20 Sabah 381
“Qarabağ”dan ayrılan futbolçuya nə vaxt qayıdacaq?

“Sabah”da zədə epidemiyası davam edir.

Əsas heyətin bir neçə üzvü müalicə dövrünü keçdiyindən, oyunları kənardan izləyir.

Bəs, Aleksey İsayev? O da zədəli olduğuna görə gözə dəymir?

2024-cü ilin yanvarında “Sabah”ı “Qarabağ”a dəyişən, ötən ay ilyarımlıq fasilədən sonra keçmiş klubuna qayıdan 29 yaşlı yarımmüdafiəçinin adı Premyer Liqa matçları üçün nəzərdə tutulan iştirak ərizəsinə salınmır.

Məsələyə aydınlıq gətirmək üçün əlaqə saxladığımız “tələbələr”in mətbuat katibi Elnur Həmidov müəmma ilə bağlı Sportinfo.az-a açıqlama verib.

Klubun sözçüsü İsayevin zədədən əziyyət çəkdiyini qeyd etməklə yanaşı, artıq komanda ilə məşqlərə başladığını, lakin tam hazır olmadığı üçün oyunları kənardan izlədiyini bildirib.

Millimizin də şərəfini qoruyan yarımmüdafiəçinin qarşıdakı həftələrdə meydana çıxacağı gözlənilir.

“Qarabağ” karyerası istədiyi kimi alınmayan 29 yaşlı futbolçu “köhlən atlar”ın heyətində meydana çıxdığı 56 qarşılaşmada cəmi 1 qolla yadda qalıb.

Onun “Sabah”la bağladığı müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?