Bakı klubunun yeni lideri gələcəklər bağlı XOŞ MESAJ verdi

23 Oktyabr 17:00 Sabah 1 352
Bakı klubunun yeni lideri gələcəklər bağlı XOŞ MESAJ verdi

Milli fasilənin ən çox "Sabah"a yaradığını demək olar. "Tələblər" tənəffüsdən fırtına kimi qayıtdı.

Və evində "Zirə"nin daşını daş üstə qoymadı - 3:0.

"Sabah"ın sonuncu dəfə bu qədər dominant oynadığını xatırlamıram.

Nəzərə alaq ki, rəqib də kifayət qədər bərk komanda idi. Və uzun müddət idi məğlubiyyət yaşamırdılar. Məsələn, bu mövsüm ilk dəfə uduzmaq acısını Masazırda yaşadılar.

"Sabah" üçün bundan sonrası daha önəmli olacaq. Ki, parlaq qələbənin davamını gətirmək, sabitlik yaratmaq baxımından.

Növbəti rəqib isə daha bir iddialı "Araz-Naxçıvan"dır.

Sportinfo.az-a açıqlama verən "Sabah"ın yarımmüdafiəçisi Velko Simiç naxçıvanlılara da eyni aqibəti yaşadacaqlarına inandığını bildirib:

"Araz-Naxçıvan" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Öz oyunumuzu oynamalıyıq. İnanıram ki, bu matçdan yaxşı nəticə ilə ayrılacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!