Azərbaycan komandasının hücumçusu 2-3 ay oynamayacaq

19 Oktyabr 13:35 Sabah 1 354
Azərbaycan komandasının hücumçusu 2-3 ay oynamayacaq

"Sabah" Coy-Lens Mikelsdən sonra daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Sportinfo.az xəbər verir ki, kapitan Pavol Safranko sıradan çıxıb.

Slovakiyalı hücumçu milli fasilədə klubun U-19 komandası ilə keçirilən hazırlıq matçında zədələnib.

Safrankonun zədəsi ciddidir. 31 yaşlı forvard təxminən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Pavol Safranko bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu