Mikels bu həftə “Sabah”a kömək edə bilməyəcək

19 Oktyabr 2025 09:25 Sabah 1 011
Mikels  bu həftə “Sabah”a kömək edə bilməyəcək

"Sabah" Premyer Liqaının 8-ci turunun "Zirə" ilə matçına ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Coy-Lens Mikels komandaya kömək edə bilməyəcək.

7-ci turun "Karvan-Yevlax"la matçında (2:0) zədələnən almaniyalı vingerin zədəsinin ciddi olmadığı açıqlanmışdı. Lakin 31 yaşlı futbolçu hələ kollektivlə birlikdə məşq etmir.

Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA