
"Zirə" ilə oyuna hazırlaşan "Sabah" ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Pavol Safranko zədələnib. ,
Safranko klubun U-19 komandası ilə oyununda zədə alıb. Baş məşqçi Dambrauskasın istəyi ilə keçirilən hazırlıq matçı əsas komandanın irihesablı qələbəsi ilə yekunlaşıb.
Amma slovakiyalı hücumçunun zədələnməsi məyusluq yaradıb.
Onun "Zirə" ilə matçı buraxacağı dəqiqdir. Zədənin nə qədər ciddi olduğu həkimlərin ətraflı müayinəsindən sonra bilinəcək.
Premyer Liqanın 8-ci turunun "Sabah" - "Zirə" oyunu oktyabrın 19-da olacaq. Matç "Bank Respublika Arena"da keçiriləcək, saat 16:00-da başlanacaq.