
Hıəftəsonu avrokuboklara iddialı rəqiblər bir-biri ilə qarşılaşacaq.
Bu mənada “Sabah”la “Zirə” arasındakı qarşılaşma ciddi maraq doğurur.
Turnir cədvəlində qonşu olan komandaların duelində qələbə hər iki komanda üçün olduqca vacibdir. Xüsusən son 2 matçı heç-heçə başa vuran zirəlilər üçün indiki məqamda 3 xalın önəmi başqadır.
“Tələbələr”in cari mövsümdə öz meydanında keçirdiyi görüşlərdə “İmişli”yə boyun əyib (0:1), “Sumqayıt”la bərabərə qalması (1:1) “qartallar”ın hədəfə çatmaq iştahasını artırır.
“Sabah”ın yeni transferlərindən olan polşalı müdafiəçi Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini dilə gətirib:
“Rəqibimiz çempionatın iddialı, öz oyun dəsti-xətti olan komandalarından biridir. Təbii ki, öz hədəfləri uğrunda mübarizə aparacaqlar.
Lakin “Sabah” elə komandadır ki, Premyer Liqada istənilən rəqibi uda bilər. Komandamızda keyfiyyət son dərəcə yüksəkdir.
Önəmli olan pressinq etmək, mübarizə aparmaq və xətlərarası anlaşma səviyyəsini qorumaqdır. Meydanda istədiklərimizi edəndə, güclü təsir bağışlayırıq.
Üstəlik, öz meydanımızda oynayacağıq. 3 xal qazanmaqla azarkeşlərimizi sevindirmək, cədvəldəki yerimizi yaxşılaşdırmaq istəyirik”.
Oktyabrın 19-da “Bank Respublika Arena”da reallaşacaq duelin start fiti saat 16:00-da çalınacaq.
HƏBİB