Azərbaycan və Fransa komandalarının oyununa təyinatlar

17 Oktyabr 08:50 Sabah 619
Azərbaycan və Fransa komandalarının oyununa təyinatlar

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Sabah"ın U-19 komandasının Fransada "Nant"a qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, turun ilk matçını Maltadan olan hakim idarə edəcək.

FIFA referisi İşmael Barbaraya həmyerliləri Lyuk Portelli və Dunkan Spens kömək göstərəcək.

Dördüncü hakim funksiyasını fransalı Remi Landri yerinə yetirəcək.

Qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO