Premyer Liqanın iddialısının başı dərddə - 4 nəfər vacib oyunu buraxacaq

16:40 Sabah 223
Premyer Liqanın iddialısının başı dərddə - 4 nəfər vacib oyunu buraxacaq

Son 4 oyunda 2 qələbə qazanıb, 2 dəfə bərabərə qalan “Sabah” üçün çətin dönəm başlayır.

“Tələbələr” qarşıdakı iki turda avrokuboklara vəsiqə uğrunda əsas rəqibləri – “Zirə”ylə “Araz-Naxçıvan”a qarşı oynayacaq.

Hazırda baş məşqçi Valdas Dambrauskası narahat edən başlıca məsələ heyətdəki zədəlilərin çoxluğudur.

Cesse Sekidika, İqor Noqeyro, Zinedin Uld Xaled, Boyan Letiç son matçları kənardan izləyib. Coy-Lens Mikels isə “Karvan-Yevlax”la qarşılaşmanın gedişində belindən zədə alaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdı.

Adları çəkilən beş nəfərdən dördü “Zirə”yə qarşı mübarizə apara bilməyəcək. Buna səbəb onların hələ də fərdi məşqlərlə kifayətlənməsidir.

Yalnız Sekidika kollektiv çalışmalarda gözə dəyir ki, son həftələrdə oynamayan “professor”un start heyətində yer alacağı inandırıcı görünmür.

Oktyabrın 19-da “Bank Respublika Arena”da gerçəkləşəcək “Sabah” – “Zirə” dueli saat 16:00-da başlayacaq.

HƏBİB / DPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti