Azərbaycanda səs-küyü yaradan futbolçu “instagram”da paylaşım etdi - FOTO

8 Oktyabr 21:20 Sabah 435
Azərbaycanda səs-küyü yaradan futbolçu “instagram”da paylaşım etdi - FOTO

“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

MRT Müayinəsindən sonra almaniyalı vingerdə qabırğa əzilməsi aşkarlanıb.

Ötən bazar günü ölkə futbolsevərlərinə həyəcanlı anlar yaşadan 31 yaşlı oyunçu sosial media hesabında – “instagram”da paylaşım edərək narahat olanlara müjdə verib:

“Mesaj göndərən hər kəsə təşəkkür edirəm. Özümü yaxşı hiss edirəm və hər şey qaydasındadır. Çox sağ olun”.

Oktyabrın 5-də Şamaxıda keçirilən “Karvan-Yevlax” – “Sabah” görüşünün son dəqiqələrində Mikels rəqib qapıçı Kamran İbrahimovla top uğrunda mübarizədə zədələnərək təcili tibbi yardım maşını ilə xəstəcanaya aparılmışdı.

İlkin görüntü “20 nömrə”nin belinin sınmasını ehtimalını yaratsa da, MRT-in cavabı müsbət olub.

Səbəbkar yaxın günlərdə məşqlərə başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO