Azərbaycanda çıxış edən hücumçu niyə bu ölkənin millisini seçdi? - AÇIQLAMA

10:40 Sabah 824
Azərbaycanda çıxış edən hücumçu niyə bu ölkənin millisini seçdi? - AÇIQLAMA

Daha əvvəl bəlli olduğu kimi, “Sabah”ın hücumçusu Coy Lens Mikels ilk dəfə millidə oynamaq imkanı qazanıb.

Almaniya pasportu daşıyan forvard Ruanda yığmasına çağırılıb.

Əslən Konqodan olan legionerə Ruandada xilaskar gözü ilə baxılır.

Məşqçilər korpusu dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün hücum xəttini Mikelslə gücləndirmək qərarına gəlib.

C qrupunda yer alan Ruanda oktyabrın 10-da Benin, 14-də Cənubi Afrika yığması ilə qarşılaşacaq.

Lakin 31 yaşlı oyunçu “Sabah”ın heyətində Premyer Liqanın 7-ci turunda “Karvan-Yevlax”la oyunda zədələnib.

Mikels Sportinfo.az-a açıqlamasında bildirib ki, Ruanda yığmasından aldığı təklifi qəbul edib.

Lakin o, Şamaxıda aldığı xəsarət üzündən millidə debütü ertələnməli olub:

”Mənim atamın anası Ruandada anadan olub. Atamın özü isə Ruanda sərhədinə yaxın olan Konqoda böyüyüb.

Yəni atam yarıruandalıdır. Məhz bu səbəbdən Ruanda millisindən mənə dəvət gəldi.

Təklifi çox düşünmədən qəbul etmədim. Hələ də Ruandada yaşayan qohumlarım var”.

Digər Xəbərlər
Xəbər Lenti