Azərbaycan klubunun hücumçusuna gözlənilməz təklif gəldi

12:40 Sabah 660
Azərbaycan klubunun hücumçusuna gözlənilməz təklif gəldi

“Sabah”ın hücumçusu Coy Lens Mikels ilk dəfə millidə oynamaq imkanı qazanıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı forvard Ruanda yığmasına çağırılıb.

Əslən Konqodan olan futbolçuya Ruandada xilaskar gözü ilə baxılır.

Məşqçilər korpusu dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün hücum xəttini Mikelslə gücləndirmək qərarına gəlib.

Lakin 31 yaşlı oyunçu “Sabah”ın heyətində Misli Premyer Liqasının 7-ci turunda “Karvan-Yevlax”la oyunda zədələnib.

Qbırğasında sınaq olduğu deyilən oyunçunun tibbi müayinədən sonra Ruanda yığmasında debüt edib-etməyəcəyi müəyyənləşəcək.

C qrupunda yer alan Ruanda oktyabrın 10-da Benin, 14-də Cənubi Afrika yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti