AFFA-nın məsul şəxsi bölgəyə niyə səfər etdi? - FOTO

16:40 Sabah 216
AFFA-nın məsul şəxsi bölgəyə niyə səfər etdi? - FOTO

Premyer Liqanın 7-ci turunda “Karvan-Yevlax” nominal meydan sahibi qismində “Sabah”ı qəbul edib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmaya azarkeş marağı olduqca az olub.

Yevlaxdan gələn 5-6 nəfər, Şamaxıda yaşayan futbol həvəskarları və qonaqları dəstəkləyən “Soldati di Sabah”ın 20-yə yaxın üzvü tribunada yer alıb.

Ümumilikdə ən yaxşı halda 100 nəfər Premyer Liqa matçını stadionda izləyib.

VİP-lojadakı qonaqların arasında xüsusi qonaq diqqət çəkib.

AFFA-nın vitse-prezidenti Balakişi Qasımov meydanda yaşananlara “Sabah”ın prezidenti və federasiyanın İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov, eləcə də klubun idman direktoru İqor Ponomaryovla yanaşı əyləşərək baxıb.

HƏBİB / SPORTİNFO.AZ

AFFA-nın məsul şəxsi bölgəyə niyə səfər etdi? - FOTO

Digər Xəbərlər
Xəbər Lenti