
AFFA İntizam Komitəsi "Sabah"ın məşqçisi Castinas Qasiunası 4 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb məşqçinin Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la görüşdə hakimi təhqir etməsi olub.
Castinas Qasiunas matçın 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə klub 10000 manat cərimə də edilib.
“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilib.
Oyunda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib.