“Sabah”ın kollekitivi şəhidlərimizin əziz xatirəsini yad etdi

1 Oktyabr 08:20 Sabah 618
“Sabah”ın kollekitivi şəhidlərimizin əziz xatirəsini yad etdi

“Sabah” Futbol Akademiyasının və “Vətən” Futbol Məktəbinin rəhbərliyi, məşqçi heyəti və futbolçuları Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət ediblər.

Sportinfo.az xəbər verir ki, ziyarət zamanı kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Məşqçi heyəti azyaşlı futbolçulara şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı barədə danışıb, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyi qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti