“Qarabağ”ı taxtdan salmaq mümkündür?” sualına “niyə də yox?!” cavabını verdi

21:20 Sabah 261
“Qarabağ”ı taxtdan salmaq mümkündür?” sualına “niyə də yox?!” cavabını verdi

“Başlıca plan avrokuboklara vəsiqə verən yerlərdən birinə sahib olmaqdır.

Çempionatı mümkün qədər yuxarı pillələrin birində başa vurmaq istəyirik”.

“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa Sportinfo.az-a açıqlamasında komandasının qarşısında dayanan hədəfdən söz açıb.

5 tur geridə qalsa da, “tələbələr” 4 matç keçirərək aktivinə 7 xal yazdırıb.

Maraqlıdır, “Sabah”ın futbolçularında çempionluq arzusu var? “Qarabağ”ı taxtdan salmaq mümkün görünür?

Xorvatiyalı yarımmüdafiəçi bu mövzuda nikbindir:

“Mümkün olsa, niyə də yox?! Sözsüz, “Qarabağ”la mübarizə aparmaq çətindir. Ancaq unutmayaq ki, onlar həm də Çempionlar Liqasında mübarizə aparır.

Təqvim onlar üçün ağırdır, uzaq səfərləri, çətin rəqibləri olacaq. İndidən finiş barədə danışmaq doğru olmaz. Oyundan-oyuna köklənməklə yekunda nələrin baş verəcəyini görəcəyik”.

Ağdam təmsilçisi son 12 ildə 11 dəfə çempion olub. “Sabah” isə yarandığı gündən yalnız bir dəfə Azərbaycan kubokunu qazanmaqla diqqət çəkib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?