“Sabah”ın məşqlərində qaradərili futbolçu iştirak edir.
Bu, nə Stiv Solvetdir, nə Cesse Sekidika, nə Kahim Parris, nə İqor Noqeyro, nə də Aron Maluda.
Söhbət Cafet Dunqus Bulusdan gedir.
Kimdir bu adam?
Cafet 2007-ci ildə Nigeriyada anadan olub. “Sabah”a ötən mövsümün gedişində cəlb olunub.
Lakin əsas komandaya yox, U-19-a. Gənclər Liqasında baş tutan əksər matçlarda meydana çıxan sol cinah müdafiəçisi Əvəzedicilər Liqasında da tər töküb.
Bu ildən etibarən isə məhz “Sabah-2”nin üzvü hesab olunur. Boyan Letiç zədəli olduğundan, Tellur Mütəllimov isə zədədən qayıtdığından, Valdas Dambrauskas hər ehtimala qarşı nigeriyalını əsas komandanın məşqlərinə cəlb edir.
Qeyd edək ki, ötən mövsüm “Sabah-2”nin uğurları üçün tər tökmüş Andrey Santos əsas komandanın heyətində həm avrokuboklarda, həm də Premyer Liqada iştirak edib.
HƏBİB / SPORTİNFO.AZ

