Yeni sima vəd verdi: "Bunu davam etdirəcəyik"

26 Sentyabr 23:00 Sabah 122
Yeni sima vəd verdi: "Bunu davam etdirəcəyik"

"Sabah"ın yarımmüdafiəçisi Velko Simiç Premyer Liqanın 5-ci turunun "Turan Tovuz"la keçirilən görüşü haqda Sportinfo.az-a açıqlama verib.

30 yaşlı legioner ilk olaraq qalib gəldikləri (2:0) görüşü dəyərləndirib:

"Çətin matç oldu. Rəqib mövsümə kifayət qədər yaxşı başlayıb.

Bu matça yaxşı hazırlaşmışdıq. 3 xal qazandığımıza görə çox şadam.

Qələbə qazanmaq hər zaman xoşdur. İnanıram ki, qarşıdakı oyunlarda da müsbət nəticələrimizi davam etdirəcəyik".

Ciddi müzakirələrə yol açan hakim idarəçiliyi barədə danışmaq istəməyən serbiyalı legioner meydana çıxdığı 3 görüşə görə Premyer Liqa ilə bağlı təəssüratlarını da bizimlə bölüşüb:

"Çətin liqadır. Bütün komandalar oyunlara çox yaxşı hazırlaşırlar və aqressivdirlər. Hər matç çətin keçir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 17:30 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM