
Premyer Liqanın 5-ci turunda keçirilən "Sabah" - "Turan Tovuz" oyunu (2:0) bir neçə mübahisəli qərarla yadda qaldı.
Düzü, "Turan" tərəf bununla bağlı video paylaşsa da, "Sabah" tərəf susqun qaldı.
Buna rəğmən, oyunda 2:0 hesabıyla qalib gələn "Sabah"ın əleyhinə də mübahisəli qərar verilib.
Oyunun 75-ci dəqiqəsində Tovuz tənsilçisinin futbolçusu Veysəl Rzayev "Sabah"ın müdafiəçisi Akim Zedadkaya qarşı kobud oynasa da, hakimin fiti susub.
Maraqlıdır ki, oyunun VAR-ı da bu epuzoda hər hansı reaksiya göstərməyib. Adətən, belə epizodlarda hakimlər birbaşa qırmızı vərəqə qərarı verirlər.
Epizodu sizin ixtiyarınıza buraxırıq....
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN