
"Hər şeyi ifadə etmək çətindir.
Konfrans Liqasından sonra Avropa Liqasının təsnifat mərhələsinə də uğurla başladıq".
Sportinfo.az xəbər verir ki, bunu Sloveniya "Tsele"sinin futbolçusu Darko Hrka Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ı 3:2 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Qələbə topunun müəllifi üstünlük əldə etdiklərini bildirib:
"İnanılmazdır. Mənə şans verdikləri üçün məşqçilərimizə təşəkkür edirəm. Amma ən əsası, cavab görüşü öncəsi bizim üstünlüyümüz var".
Cavab görüşü iyulun 17-də Tsele şəhərində keçiriləcək.