
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev "Sabah"ın Avropa Liqasında Sloveniya "Tsele"sinə qarşı keçirdiyi I təsnifat mərhələsinin ilk oyununda iştirak edib.
Sportinfo.az xəbər verir ki, Fiziyev matçı fəxri tribunadan izləyib.
Azarkeşlər onun gəlişini alqışlarla qarşılayıblar. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov isə məşhur idmançıya arxasında "Ataman" yazılmış 5 nömrəli forma hədiyyə edib.
Görüş "Tsele"nin qələbəsi ilə yekunlaşıb- 3:2.