Azərbaycan klubunun gözləmədiyi ŞOK - VİDEO

00:30 Sabah 152
Azərbaycan klubunun gözləmədiyi ŞOK - VİDEO

"Sabah" Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən matçda Masazır təmsilçisi birinci hissədə hesabda irəlidə olsa da, fasilədən sonra buraxdığı qollarla uduzub - 2:3. Sloveniya təmsilçisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub.

Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.

İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

“Sabah” - “Çelye” 2:3
Qollar:
Pavol Safranko, 3, 18, (pen) - Franko Kovaçeviç, 7, 48, Darko Hrka, 90+3

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!