"Çelye"nin futbolçusu: "Sabah"la oyuna tam hazırıq"

19:50 Sabah 132
"Çelye"nin futbolçusu: "Sabah"la oyuna tam hazırıq"

"Çelye"nin yarımmüdafiəçisi Mark Zabukovnik Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Sabah"la ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az 24 yaşlı sloveniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Komanda yeni mövsümə hazırdır?

- Qısa olsa da, hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq.

- Komandada ab-hava necədir?

- Hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq.

- Azərbaycan futbolu ilə bağlı məlumatlarınız var idi?

- "Sabah"la rəqib olmazdan əvvəl məlumatım yox idi. Amma püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. "Sabah"ın güclü və zəif tərəflərini təhlil etmişik.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?