
“Sabah” UEFA-ya Avropa Liqası üçün iştirak ərizəsini təqdim edib.
Siyahıda 23 futbolçu yer alır.
Maraqlıdır ki, Yusif İmanovun adı burada yer almayıb. Masazır təmsilçisi qitə futbol qurumuna Nicat Mehbalıyev, Rüstəm Samiqullin və Stas Pokatilovun adını təqdim edib.
Görünən odur ki, millinin “çərçivə qoruyucusu“ tezliklə başqa kluba keçəcək. Hər halda “Sabah”da qalmaq variantı olsaydı, iştirak ərizəsinə “Neftçi”dən icarədən qayıdan Samiqillinin yox, milli üzvünün adı daxil edilərdi.
Ağdamlı kiperin “bayquşlar“la müqaviləsinin bitməsinə hələ var. Sadəcə, bu ilin əvvəlində Qazaxıstandan gəlmiş Stas Pokatilovun müqavilə mddətini uzatmasından sonra sabahını burada görmür.
Yusif əmin olub ki, əcnəbi həmkarını ilk “11-lik“dən uzaqlaşdıra bilməyəcək, ehtiyatda qalacaq. O isə oynamaq istəyir və belə bir yer axtarır.
Əslində, İmanovun real müştəriləri var. “Turan Tovuz“,“İmişli“,“Kəpəz“ və “Araz-Naxçıvan“ onun elçiləri arasındadır. Səbəbkar ilk üç varianta daha isti yanaşır.
SPORTİNFO.AZ