"Sabah" nə qədər satıb?

8 İyul 2025 02:20 Sabah 934
"Sabah" nə qədər satıb?

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Sabah” - “Çelye” (Sloveniya) oyununa bilet satışları davam edir.

Sportinfo.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 3000 bilet satılıb.

"Sabah"a stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

İyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Çelye” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü iyulun 17-də Sloveniyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!