“Səmimi deyirəm, mən onu itirməyə razı ola bilmərəm, bu sözləri özünə çatdırın”

01:00 Sabah 136
“Səmimi deyirəm, mən onu itirməyə razı ola bilmərəm, bu sözləri özünə çatdırın”

“Legiya”nın baş məşqçisi Edvard Yordanesku portuqaliyalı yarımmüdafiəçi Klod Qonçalveşin “Sabah”a keçmək ehtimalına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “legia.net” portalına danışan rumın mütəxəssis Klodun komanda üçün önənli futbolçu olduğunu deyib:

“O, həm mənim, həm də “Legiya” üçün çox vacib oyunçudur. Klodu itirmək istəmirəm, bunu hər kəs eşitsin.

O da daxil olmaqla… Tam səmimi deyirəm, mən Klodu itirməyə razı ola bilmərəm. Zəhmət olmasa, bu sözləri ona çatdırın”.

“Sabah”ın 31 yaşlı yarımmüdafiəçi ilə danışıq apardığı haqda məlumat yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti