“Mənim üçün çox vacib futbolçudur, qalmasını istəyirəm”

13:40 Sabah 320
“Mənim üçün çox vacib futbolçudur, qalmasını istəyirəm”

“Sabah”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, “Legiya”nın dayaq yarımmüdafiəçisi Klod Qonçalves Bakı klubunun diqqət mərkəzinə düşüb.

Varşava təmsilçisinin baş məşqçisi Edvard Yordanesku bununla bağlı yerli mətbuata açıqlama verib. O, 31 yaşlı portuqaliyalının komandada qalmasını istədiyini deyib:

“Klod mənim üçün çox vacib futbolçudur. Bunu tam səmimi və açıq şəkildə deyirəm ki, o özü də bilsin. Qonçalvesin komandada qalmasını istəyirəm”.

Rumıniyalı mütəxəssisin bu açıqlamasında sonra Qonçalvesin “Legiya”da qalmaq ehtimalının daha çox olduğu yazılıb. Futbolçu Polşa klubunda əsas heyət uğrunda mübarizə aparmağa hazırdır.

Klod Qonçalvesin “Legiya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti