
«Sabah» transferə çıxardığı Abdulla Rzayevin transfer qiymətini müəyyənləşdirib.
23 yaşlı müdafiəçini almaq istəyən klub Masazır təmsilçisinə 100 min manat təzminat ödəməlidir
. Bu, son qiymətdir, yəni, aşağı yeri olmayacaq.
Gənclər yığmasının sabiq üzvünün «bayquşlar»la müqaviləsinin bitməsinə hələ 1 il qalıb. O, ötən mövsümün yrıdan çoxunu əvəzedici heyətdə keçirib.
Vasili Berezutski baş məşqçi postuna təyin olunandan az sonra – noyabrda Rzayevi əsas komandadan kənarlaşdırıb.
Hazırda onun elçilərinin sayı heç də az deyil. «Turan Tovuz», «Kəpəz», «Araz-Naxçıvan», «Sumqayıt» və «Qəbələ» Abdullanın elçi daşının üzərində əyləşib.
SPORTİNFO.AZ