Əcnəbi mütəxəssisin Azərbaycan klubunda ilk günləri necə keçir?

4 İyul 21:00 Sabah 531
Əcnəbi mütəxəssisin Azərbaycan klubunda ilk günləri necə keçir?

Valdas Dambrauskas gəldiyi ilk gündən öz ağırlığını "Sabah"da qoya bilib.

Həm də kollektivi sevdirə bilib.

Düşərgədən gələn ilkin siqnallar belə düşünməyə əsas verir.

Təcrübəli mütəxəssis işləməyə, öyrənməyə həvəslidir.

Gün ərzində kollektivlə məşğul olan litvali asudə vaxtını da kofe içmək, mənasız söhbətlərlə keçirmək vərdişindən uzaqdır.

Qısa müddətdə özünü sevdirib, peşəkar mühit formalaşdıra bilib.

Təbii ki, nizam-intizam öz yerində.

Bəs oyun fəlsəfəsi?

Son illər formalaşan bir "Sabah" fəlsəfəsi - kreativ hücumlar, dominant futbol onun düşüncələrində əsas yer alacaq.

"Rapid"lə yoxlama görüşü (2:2) belə düşünməyə ciddi əsas verdi.

Çox düz də edir. Çünki bu gün "tələblər"in heyəti kifayət qədər yaxşı futbolçulardan təşkil olunub.

Əksəriyyətinin xüsusiyyətləri qapanmağa, ehtiyatlı futbola yox, dominant oynamağa, daha çox hücumda zaman keçirməyə geniş imkanlar verir.

Görünür, 48 yaşlı mütəxəssis ilk günlərdən bunu sezə bilib.

Özündən nəsə kəşf etmək yox, əlindəki hazır xammalı olduğu yolda daha da yaxşılaşdırmağı seçib.

Qalır "Sele" ilə ilk ciddi sınağa kimi bunu daha da təkmilləşdirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 07:40 Cəmi beş aya... VİDEO