"Yeni oyunçular və yeni ideyalar var" - Avstriyadan "Sportinfo"ya danışdı

17:45 Sabah 296
"Yeni oyunçular və yeni ideyalar var" - Avstriyadan "Sportinfo"ya danışdı

“Sabah” Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyunun arxada qoydu.

Azərbaycan kubokunun qalibi Sloveniyadakı hazırlıq mərhələsində Rumıniyadan “Rapid” ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub.

Komandanın təcrübəli futbolçularından sayılan Pavol Safranko Sportinfo.az-a açıqlamasında ilk oyun olmasına rəğmən sərgilənən oyundan razılıq edib:

"Nəzərə alsaq ki, məşqlərə başladıqdan sonra bu ilk oyunumuz idi, məncə, yaxşı keçdi.

Biz məşqlərdə üzərində çalışdıqlarımızı oyuna tətbiq etməyə cəhd etdik.

Komandada bəzi yeni oyunçular və yeni ideyalar var, ona görə də hər şeyin tam oturmasına bir az vaxt lazımdır.

Biz bunun üzərində hər gün səylə çalışırıq. İnanıram ki, komanda olaraq avrokuboklardakı ilk oyunumuza kimi tam hazır olacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ