
“Sabah” təlim-məşq toplanışındakı ilk oyunda “Rapid”lə üz-üzə gəlib.
Rumıniya təmsilçisi ilə baş tutan görüş 2:2 hesabı ilə başa çatıb ki, “tələbələr”in qollarını Coy-Lens Mikelslə Xəyal Əliyev vurub.
Mövsümlərarası fasilə dönəmində Akim Zedadka ilə Stiv Solvetin keçidinə razılıq verən baş məşqçi Valdas Damrauskas “Rapid”lə matçın start heyətində yalnız Solvetə şans verib.
Ancaq oyundan əvvəl çəkilmiş şəkilə baxanda daha bir qaradərilir futbolçunun (yuxarıda soldan ikinci) gözə dəyməsi azarkeşlərdən çaşqınlıq yaradıb.
“Sabah”sevərlərin bir qismi klubun daha bir futbolçunun keçidini həll etdiyini, digər qismi isə həmin oyunçunun baxışdan keçmək üçün düşərgəyə təşrif buyurduğunu düşünür.
Amma yox.
Sözügedən futbolçu ötən mövsümü əvəzedici komandada keçirmiş Andrey Santosdur.
2005 doğumlu mərkəz müdafiəçisi ilk dəfə əsas komandanın təlim-məşq toplanışına cəlb olunub və ilk dəfə əsas komandanın heyətində şans qazanıb.
Litvalı çalışdırıcı Santosun təlim-məşq toplanışındakı bacarığının canlı şahidi olandan sonra onunla bağlı qərarını verəcək.
HƏBİB / SPORTİNFO.AZ