Azərbaycanda titul qazanan klub tezliklə daha bir transfer reallaşdıracaq

01:00 Sabah 519
Azərbaycanda titul qazanan klub tezliklə daha bir transfer reallaşdıracaq

“Sabah” tezliklə daha bir transfer reallaşdıracaq. Avropa Liqasına hazırlaşan paytaxt klubu heyətini gücləndirmək üçün Polşaya üz tutub.

Sportinfo.az xəbər verir ki, Klaudio Qonsalves bakılılara təklif olunub.

“Bayquşlar” Varşava “Legiya”sında oynayan dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

Fransa vətəndaşı olan portuqaliyalı “Ayaçço” yetirməsidir. O, “Tondela”, “Trua”, “Jil Visente” və “Ludoqorets”də çıxış edib.

Ötən yay “Legiya”ya yollanan 31 yaşlı orta sahə oyunçusununun varşavalılarla 2027-ci ilin yayınadək müqaviləsi var.

Bugünədək forma geydiyi 385 matçda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalan Klaudio indiyədək daim azad agent kimi klub dəyişib.

Bir vaxtlar 1,2 milyon avro dəyəri olan oyunçunu indi yarım milyona da almaq olar. Amma “Sabah” Qonsalvesin klubla problemləri özünün həll etməsinə, onu sərbəst futbolçu kimi heyətinə qatmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti