Azərbaycan klubu Əlcəzair millisinin yarımmüdafiəçisini sıralarına qatdı - SON DƏQİQƏ

09:40 Sabah 1 916
Azərbaycan klubu Əlcəzair millisinin yarımmüdafiəçisini sıralarına qatdı - SON DƏQİQƏ

Avropa Liqasında debüt etməyə hazırlaşan «Sabah» üçüncü transferini gerçəkləşdirib. Bunadək

Akim Zedadka ("Pyast", Polşa) və Stiv Solveti (“Martiq”, Fransa) sıralarına qatmış Azərbaycan kubokunun sahibi yenə ölkə xaricinə üz tutub.

Masazır təmsilçisi Zinədin Uld Xaledlə anlaşıb. 25 yaşlı əlcəzairli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

2020-ci ildən ölkəsinin əsas millisinə dəvət olunan və bu müddətdə 42 oyuna çıxan və 1 qol vuran orta sahə oyunçusu son olaraq Fransada « Angers »in formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti