
“Qarabağ”la qarşılaşmanın çətin olacağını bilirdik.
Çünki onlar burada çoxsaylı titullara sahibdir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah”ın legioneri İqor Noqeyraya aiddir. Braziliya mətbuatına açıqlama verən
30 yaşlı müdafiəçi Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri kubokun final qarşılaşmasını xatırladıb. O, artıq avrokubok barədə düşündüklərini vurğulayıb: “İnanırdıq ki, məqsədimizə çata bilərik.
Öndə başladıq, sonra geriyə düşdük, amma diqqəti itirmədik və oyunu axıra qədər davam etdirib, istədiyimiz nəticəni əldə etdik.
“Sabah” cəmi 8 illik gənc klubdur və belə tarixi anın bir parçası olmaq möhtəşəmdir. Adımızı artıq klubun tarixinə yazdıq.
İndi isə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik və bundan zövq alacağıq”.
“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.