
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"ın Avstriya təlim-məşq toplanışı davam edir.
"Tələblər" bu müddətdə heyətin komplektləşdirilməsinə də xüsusi diqqət ayırır.
Akim Zedadka və Stiv Solvetlə güclənən klubda ayrılıqların sayı daha çoxdur.
Rəsmi olaraq Namik Ələskərov, Con İrasabal və Şakir Seyidovun ardınca Vinsent Tillə də yollar ayrılıb.
Sofina Çaklanın gedəcəyini isə daha əvvəldən məlumat vermişdik. Qalır klubun rəsmi açıqlaması.
Amma bu da hələ son deyil.
Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi Valdas Dambrauskasun planlarına daxil olmayan bir neçə sima yenə var.
Sadəcə klubla həmin oyunçular arasında anlaşma olduğu üçün danışıqlar davam edir.
Yalnız razılıq əldə olunacağı təqdirdə litvalı mütəxəssisin istəyini həyata keçirmək mümkün olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ