
“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi Sloveniyada Rumıniyadan “Rapid” ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub.
Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev vurub.
"Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.