
“Sabah” Vinsent Till ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.
Daha öncə Masazır klubu baş məşqçi Vasili Berezutski və futbolçuları Şakir Seyidov, Con İrasabal, Namik Ələskərovla da yollarını ayırıb.