“Məndən nə gözlənildiyini bilirəm və bu gözləntiləri doğruldacam”

14:20 Sabah 150
“Məndən nə gözlənildiyini bilirəm və bu gözləntiləri doğruldacam”

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Çelye”nin yeni transferi Simon Sluqa Sloveniya klubuna keçidini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı qapıçı komandanın iddialı olmasının seçiminə təsir etdiyini bildirib.

32 yaşlı qolkiper artıq “Sabah”la matç barədə düşündüyünü söyləyib:

“Çelye”yə gəlmək qərarımda çempionluq uğrunda mübarizəyə atılmaq və avrokuboklarda iştirak etmək həlledici rol oynadı.

Məndən nə gözlənildiyini bilirəm və əminəm ki, bu gözləntiləri doğruldacam. Klub rəhbərliyi mənə ambisiyalarını təqdim etdi.

Bunlar hədəflərimlə üst-üstə düşür. Avropa Liqasında uğur qazanmaq perspektivi mənim üçün cəlbedici oldu.

Komanda bu mövsüm də Liqa mərhələsinə yüksəlmək istəyir. Bu yolda isə ilk olaraq Azərbaycan klubu “Sabah”ı mübarizədən kənarlaşdırmalıyıq”.

“Sabah” “Çelye” ilə ilk oyununu iyulun 10-da evdə, cavab matçını isə ayın 17-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti