
"Sabah"da növbəti ayrılıq dəqiqləşib.
Yusif İmanov, Namiq Ələskərov, Şakir Seyidov və Con İrasabaldan sonra Sofian Çakla "tələblər"ə lazım olmayıb.
Təcrübəli müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Təbii ki, yeni baş məşqçi Valdas Dambrauskasun qərarına əsasən.
Mərakeşli legioner 2023-cü ilin yayından klubda çıxış edirdi.
Sofian Çakla arxada qoyduğumuz mövsüm meydana çıxdığı 29 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.
Ümumiyyətlə isə "Sabah" karyerasında keçirdiyi 70 görüşdə adına 5 qol, 2 məhsuldar ötürmə yazdırıb.
XANOĞLAN / SPORTİNFO.AZ