Berezutskidən sərt qərar - iki futbolçu əsas komandadan UZAQLAŞDIRILDI

7 Mart 23:40 Sabah 3 295
Berezutskidən sərt qərar - iki futbolçu əsas komandadan UZAQLAŞDIRILDI

"Sabah"ın iki üzvü baş məşqçi Vasili Berezutskinin qəzəbinə tuş gəlib.

Söhbət Abdulla Rzayev və Şakir Seyidovdan gedir.

Hər iki futbolçu əvəzedici komandaya göndərilib.

Ən qəribəsi odur ki, rusiyalı mütəxəssis heç bir səbəb göstərmədən bu addımı atıb.

Gənclər millimizin sabiq üzvlərinin "Niyə ikinci komanda" sualı cavabsız qalıb.

Başqa yolu qalmayan yerli futbolçular məcburən bu gün ikinci komandada məşqlərə qoşulmalı olub.

Müdafiəçi mövqeyində çıxış edən 22 yaşlı Abdulla bu mövsüm forma geyindiyi 4 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi Seyidov isə 10 Premyer Liqa matçında meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti